Kevin Warsh Fed rəhbəri oldu

Kevin Warsh Fed rəhbəri oldu

ABŞ Mərkəzi Bankının (Fed) yeni sədri Kevin Warsh Ağ Evdə keçirilən mərasimdə and içərək dördillik vəzifəsinə başlayıb. Ali Məhkəmə hakimi Clarence Thomasın idarə etdiyi mərasimdə Warsh, 1987-ci ildən bəri Ağ Evdə and içən ilk Fed sədri olub. Warsh 2006-2011-ci illərdə Fed qubernatoru kimi çalışıb.

Mərasimdə çıxış edən ABŞ Prezidenti Donald Trump Warshdan tam müstəqil hərəkət etməsini istəyib. Trump Mərkəzi Bankın son illərdə əsas missiyasından uzaqlaşdığını, iqlim siyasətləri və müxtəliflik təşəbbüslərinə fokuslanaraq diqqətinin yayındığını bildirib. Trump Warsha belə deyib: “Mənə və ya başqasına baxma. Sadəcə öz işini gör və möhtəşəm iş ortaya qoy”.

Warsh andiçmə mərasimində deyib: “Keçmiş uğurlardan və səhvlərdən dərs alan, statik çərçivə və modellərdən uzaqlaşan, dürüstlük və performans standartlarını qoruyan, islahat yönümlü Fed-ə rəhbərlik edəcəyəm”. Onun ilk pul siyasəti iclasına 16-17 iyun tarixlərində sədrlik edəcəyi gözlənilir.

Kevin Warsh 56 yaşındadır və müasir dövrün 11-ci Fed sədri olub. O, vəzifəni 8 il ərzində bu postu icra etmiş Jerome Powell-dan təhvil alıb. Powell isə Fed İdarə Heyətində qubernator kimi qalmağa davam edəcək.