Neft bahalaşdı

Neft bahalaşdı

İstinad edilən indekslər:

Qlobal bazarlarda neft qiymətləri artmaqda davam edib. Noyabr fyuçersləri üzrə Brent markalı xam neft $0.48, yaxud 0.50% bahalaşaraq bir barel üçün $96 səviyyəsinə çatıb.

Oktyabr fyuçersləri üzrə WTI markalı xam neft isə $0.73, yaxud 0.80% artaraq bir barel üçün $92.03 olub. Bu həftə Brent təxminən 7.1%, WTI isə 9.8% bahalaşıb. Bu, iyulun ortalarından bəri onların ən böyük həftəlik artımıdır.

Neft qiymətlərindəki artım ABŞ və İran arasında gərginliyin yüksəlməsi ilə əlaqələndirilir. Eyni zamanda, Hörmüz boğazı vasitəsilə tədarükdə fasilələr yarana biləcəyi ilə bağlı narahatlıqlar da güclənib.