37 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb
11 avqustda Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş çərçivəsində Almaniyadan 37 Azərbaycan vətəndaşı geri qaytarılıb. Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Qurum qeyd edib ki, Dövlət Miqrasiya Xidmətinin koordinasiyası ilə aidiyyəti dövlət orqanlarının nümayəndələrini birləşdirən Reinteqrasiya üzrə İşçi Qrup readmissiya olunmuş vətəndaşların üzləşdiyi problemlərin həlli üçün operativ tədbirlər görür. Qrupun əsas vəzifəsi onların cəmiyyətə səmərəli və dayanıqlı sosial-iqtisadi uyğunlaşmasını təmin etməkdir.
Teqlər: