ABŞ və İran qarşılıqlı zərbələr endirdi: İordaniyada iki ABŞ hərbçisi həlak oldu

ABŞ və İran qarşılıqlı zərbələr endirdi: İordaniyada iki ABŞ hərbçisi həlak oldu

ABŞ İordaniyada iki hərbçisinin həlak olmasından sonra İrana yeni hava zərbələri endirib. Portfel.az bu barədə BBC-yə istinadən xəbər verir.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, hücumlar İranın sahil müşahidə və hava hücumundan müdafiə obyektlərini, həmçinin İordaniyadakı hücuma görə məsul sayılan SEPAH qüvvələrini hədəf alıb.

İran isə cavab olaraq Küveytdə yerləşən iki ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.

Son günlər tərəflər arasında gərginlik daha da artıb. ABŞ İrana məxsus hərbi obyektləri hədəf aldığını bildirsə də, Tehran və Körfəz ölkələri bəzi mülki infrastruktur obyektlərinin də zərər gördüyünü iddia edir.