Air France Yaxın Şərqə uçuşlarının dayandırılmasını uzadıb
Air France Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda İsrail və Livana uçuşların dayandırılmasını uzadıb.
Şirkətin açıqlamasına görə Tel-Əviv və Beyrut istiqamətlərinə uçuşlar 4 aprel 2026-cı il tarixinədək dayandırılıb.
Buna əlavə olaraq Dubay və Ər-Riyad istiqamətlərinə uçuşlar 31 mart 2026-cı ilədək (Dubaydan uçuşlar üçün 1 aprelədək) dayandırılıb.
Air France bildirib ki, qərar regionda təhlükəsizlik riskləri və bəzi hava məkanlarının bağlanması ilə əlaqədardır.
Aviaşirkət qeyd edib ki, Yaxın Şərqdə baş verən hadisələri real vaxt rejimində izləyir və vəziyyətə uyğun olaraq qərarlar qəbul edir.
Eyni zamanda Yaxın Şərq aviaşirkətlərinin kütləvi uçuş ləğvləri səbəbindən Asiya istiqamətlərinə tələbatın artdığı bildirilib.
Bu səbəbdən Air France 4 mart 2026-cı ildən etibarən Banqkok, Sinqapur, Dehli, Mumbay, Şanxay, Tokio və Pxuket istiqamətlərində daha böyük tutumlu təyyarələrdən istifadə etməyə başlayıb.
Şirkət əlavə edib ki, Bangkok, Sinqapur və Dehli istiqamətlərində əlavə reyslər də təşkil olunur.
Teqlər: