Amerikalı aktyor Tim Karri 80 yaşında vəfat edib
Amerikalı aktyor Tim Karri çərşənbə axşamı gec saatlarda Los-Ancelesdəki evində 80 yaşında vəfat edib. O, on ildən çox müddət ərzində ciddi sağlamlıq problemlərindən əziyyət çəkib və 2012-ci ildə geniş insult keçirib. Polis aktyorun evinə saat 23:23-də gəlib, zorakı ölümə şübhə üçün əsas olmadığı bildirilib.
Karri karyerasına 1960-cı illərin sonunda başlayıb. Onun ən məşhur rolları arasında “Rokki Horror Şousu”nda doktor Frenk-en-Ferter və Stiven Kinqin “O” əsərinin 1990-cı il ekranlaşdırmasında kloun Pennivayz yer alır. O, həmçinin “Evdə tək 2: Nyu-Yorkda itkin düşüb”, “Kölgə”, “Dolu silah” və “Çox qorxulu kino 2” filmlərində çəkilib.