Azərbaycan-Türkiyə qaz razılaşması imzalanıb
BOTAŞ ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), TotalEnergies və Abu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında Azərbaycandan Türkiyəyə təbii qaz tədarükünü əhatə edən mühüm razılaşma imzalanıb. Razılaşma çərçivəsində 2029-cu ildən etibarən 15 il boyunca ümumilikdə 33 milyard kubmetr təbii qaz Türkiyəyə veriləcək.
Enerji və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən açıqlamada bu razılaşmanın Türkiyə ilə Azərbaycan arasındakı güclü enerji əlaqələrini yeni mərhələyə daşıdığı bildirilib. Həmçinin Abşeron yatağında yeni hasilat investisiyaları ilə təmin olunacaq qazın Türkiyənin enerjidə mərkəz ölkə olmaq vizyonuna töhfə verəcəyi vurğulanıb. Qazın region və Avropanın enerji təchizatı təhlükəsizliyində də mühüm rol oynayacağı qeyd olunub.
Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar yanvar ayında verdiyi açıqlamada Azərbaycanla 33 milyard kubmetrlik illik qaz tədarükü üzrə razılıq əldə olunduğunu bildirmişdi. O, Abşeron yatağından ildə 2,25 milyard kubmetr qaz təmin ediləcəyini də ifadə etmişdi.