Bakalavriat qəbuluna elektron qeydiyyat 28 avqustda başlayır

Bakalavriat qəbuluna elektron qeydiyyat 28 avqustda başlayır

Bakalavriat səviyyəsi üzrə ali məktəblərə qəbul üçün elektron qeydiyyat 28 avqustda başlayacaq və 8 sentyabra qədər davam edəcək. Qeydiyyat yalnız my.gov.az portalı üzərindən aparılacaq.

Sənədləşmə üçün mygov ID vasitəsilə sistemə daxil olmaq, Təhsil və Elm Nazirliyinin xidmətini seçmək, məlumatları yoxlamaq və zərurət yaranarsa kredit və ya güzəştlərə hüququ təsdiqləmək lazımdır. Proses müraciətin ali məktəb tərəfindən təsdiqlənməsi və mygov sistemində bildirişin alınmasından sonra tamamlanmış hesab olunur.