Belçika FİFA-nın Baloqun qərarından apellyasiya verdi

Belçika FİFA-nın Baloqun qərarından apellyasiya verdi

Belçika Kral Futbol Assosiasiyası ABŞ millisinin hücumçusu Folarin Baloqunun dünya çempionatının 1/8 final matçından əvvəl diskvalifikasiyasının ləğvi ilə bağlı FİFA qərarından apellyasiya verib. FİFA-nın İntizam Komitəsi Baloqunun diskvalifikasiyasının icrasını dayandırıb və ona Belçika yığmasına qarşı oyunda iştirak etməyə icazə verib.

Baloqun Bosniya və Herseqovina komandası ilə 1/16 final matçında qayda pozuntusuna görə qırmızı vərəqə ilə cəzalandırılıb. O, rəqibin ayağına arxadan butsunun dişləri ilə zərbə endirib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp FİFA rəhbəri Canni İnfantino ilə iki dəfə əlaqə saxlayıb: əvvəlcə diskvalifikasiyaya yenidən baxılmasını xahiş edib, qərar ləğv edildikdən sonra isə bunun düzgün qərar olduğunu qeyd edib.