Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib

Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib

Moskvadakı Azərbaycan diasporunun rəhbəri və Moskvadakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib. O, iyun ayında saxlanıldıqdan sonra yerləşdirildiyi miqrantlar üçün müvəqqəti saxlama mərkəzindən hava limanına aparılıb və daha sonra Rusiya Federasiyasından deportasiya olunub. Həsənovun Rusiya vətəndaşlığı ötən il ləğv edilib.