Ceyhun Bayramov Bişkekdə iranlı həmkarı ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə iranlı həmkarı Seyid Abbas Əraqçi ilə görüşüb.
İki nazir ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və gələcək perspektivlərini müzakirə edib. Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə regional proseslər də nəzərdən keçirilib. Azərbaycan və İran arasında müntəzəm yüksək səviyyəli dialoqun davam etdirilməsinin, həmçinin qarşılıqlı faydalı layihələrin irəli aparılmasının əhəmiyyəti qeyd olunub.
Teqlər: