Ceyhun Bayramov Pakistanlı həmkarı ilə danışıb

Ceyhun Bayramov Pakistanlı həmkarı ilə danışıb

18 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla telefon danışığı aparıb. Müzakirə ABŞ və İran İslam Respublikası arasında Anlaşma Memorandumu ilə bağlı əldə olunmuş son razılaşmaya həsr edilib.

Azərbaycan danışıqlar prosesində Pakistanın mühüm vasitəçilik rolunu yüksək qiymətləndirib. Pakistanın Baş naziri Şahbaz Şərifin, Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın, eləcə də Ordu Qərargah rəisi, feldmarşal Asim Munirin şəxsi töhfələrinin danışıqların uğurla yekunlaşması üçün həlledici olduğu vurğulanıb. Prosesi dəstəkləyən digər regional tərəfdaşların iştirakı da qeyd edilib.

Tərəflər razılaşmanın regional gərginliyin azaldılmasına, qarşılıqlı etimadın gücləndirilməsinə və diplomatik həll yollarının təşviqinə yönəldiyini vurğulayıblar. Xarici işlər naziri Bayramov hərtərəfli razılaşmaya doğru qarşıdakı danışıqların regionda davamlı sülhə, təhlükəsizliyə və sabitliyə mühüm töhfə verəcəyinə ümid ifadə edib.

Anlaşma Memorandumu ilə bağlı müzakirələrlə yanaşı, iki rəsmi şəxs qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər barədə də fikir mübadiləsi aparıb.