Ceyhun Bayramov Polşaya səfər edib
24 iyunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfər üçün Polşaya gəlib. Səfər çərçivəsində o, 25 iyunda Qdanskda keçiriləcək Ukraynanın Bərpası Konfransında iştirak edəcək.
Konfrans Ukraynanın yenidən qurulmasına və uzunmüddətli inkişafına dəstəyə yönəlmiş beynəlxalq platforma rolunu oynayır. Konfransda iştirakla yanaşı, Bayramov qarşılıqlı maraqlar və regional əməkdaşlığı müzakirə etmək üçün yüksək vəzifəli rəsmilərlə bir sıra ikitərəfli görüşlər keçirəcək.
Teqlər: