Əli Əsədov İqor Sergeyenko ilə görüşüb
19 may tarixində Azərbaycanın Baş naziri Əli Əsədov Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb. Görüş zamanı Dünya Şəhər Forumunun 13-cü sessiyasına Bakının ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu mühüm tədbir qlobal çağırışlar fonunda şəhərlərin gələcək inkişafı üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün vacib platforma rolunu oynayacaq.
Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin yüksək səviyyəsi qeyd olunub. İki ölkə prezidentlərinin birgə səyləri nəticəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın dinamik inkişaf etdiyi bildirilib. Tərəflər Azərbaycan və Belarusun qanunverici orqanları arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda konstruktiv dialoqdan məmnunluq ifadə ediblər.
Müzakirə zamanı qarşılıqlı maraq doğuran sahələrdə Azərbaycan-Belarus münasibətlərinin daha da genişləndirilməsi perspektivləri də nəzərdən keçirilib.
Teqlər: