Ərdoğan İran prezidenti ilə danışıb

Ərdoğan İran prezidenti ilə danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkiyanla telefon danışığında İran ilə ABŞ arasında əldə olunan razılaşmanın məmnunluq doğurduğunu bildirib. Ərdoğan Türkiyənin prosesin daimi sülhlə nəticələnməsi üçün hər cür dəstək verməyə hazır olduğunu ifadə edib. Danışıqda iki ölkə arasındakı ikitərəfli münasibətlər, eləcə də regional və qlobal proseslər müzakirə olunub.

Ərdoğan danışıqlar prosesini sabotaj etməyə yönələn cəhdlərə qarşı diqqətli olmağın vacibliyini vurğulayıb. Yeni dövrdə regional sülhün gücləndirilməsi üçün addımlar atılmalı olduğunu bildirən Ərdoğan Türkiyənin bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini qeyd edib. Həmçinin Türkiyə ilə İran arasında ticarət, maliyyə və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə yönələn addımların davam edəcəyi ifadə olunub.