Ermənistanda avtobusla avtomobil toqquşdu: 5 nəfər öldü

Ermənistanda avtobusla avtomobil toqquşdu: 5 nəfər öldü

Ermənistanın Araqatsotn vilayətində baş verən ağır yol qəzasında 5 nəfər həlak olub, daha 11 nəfər müxtəlif xəsarətlər alıb. Hadisə İrəvanı Gümrü ilə birləşdirən yolda qeydə alınıb. Hərəkətdə olan PAZ avtobusu ilə Opel Zafira markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Hadisə yerinə polis və xilasedicilər də daxil olmaqla fövqəladə xidmətlər cəlb edilib. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara aparılıb. Ermənistan Daxili İşlər Nazirliyi qəza ilə bağlı araşdırma aparır.

Teqlər: