Türkiyə Azərbaycan-Ermənistan arasındakı sülhü dəstəkləyir

Türkiyə Azərbaycan-Ermənistan arasındakı sülhü dəstəkləyir

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində səyləri dəstəkləyir. O vurğulayıb ki, Cənubi Qafqazda baş verən proseslər Türkiyənin təhlükəsizlik çərçivəsinə ciddi təsir göstərir.

Fidan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli müdafiə sazişinə də toxunub. O, bu sazişin İrana və ya hər hansı başqa ölkəyə qarşı yönəlmədiyini açıqlayıb. “Ortaq təhdid yoxdur. Sazişi imzalayan ölkələr üçün təhlükə yaratmadığı müddətdə heç bir dövlət hədəf olmayacaq”, – deyə o bildirib. Fidan bu paktın texniki baxımdan NATO-nun 5-ci maddəsinə bənzədiyini izah edib və gələcəkdə Misirin də bu əməkdaşlığa qoşula biləcəyinə əminliyini ifadə edib. Bundan əlavə, o, Cənubi Qafqaz ölkələri ilə oxşar sazişlərin imzalanması ehtimalını da istisna etməyib.