Hörmüz boğazında iki nəhəng tanker vurulub

Hörmüz boğazında iki nəhəng tanker vurulub

Hörmüz boğazından keçən iki nəhəng tanker kimliyi müəyyən edilməyən obyektlər tərəfindən vurulub. Dəniz təhlükəsizliyi üzrə məsləhət şirkəti Marisks bildirib ki, Səudiyyə Ərəbistanının Bahri daşıma şirkətinə məxsus Sidr adlı nəhəng xam neft tankeri Omanın Xasab şəhərinin şimal-şərqində hərəkətdə olarkən hədəfə alınıb. Eyni zamanda, Sinokor tərəfindən idarə olunan Senegal Prosperity gəmisi Omanın şərqində hərəkətdə olarkən üç mərmi ilə vurulub. Hər iki gəmi Basra Körfəzindən çıxırdı. Bahri və Sinokor şirkətləri məsələ ilə bağlı hələ açıqlama verməyib. Əvvəlki məlumatlarda Böyük Britaniya Dəniz Ticarəti Əməliyyatları Hörmüz boğazının çıxışında bir tankerin üç mərmi ilə vurulduğunu, lakin gəminin kimliyini açıqlamadığını bildirib.