Husilər Səudiyyə Ərəbistanına dəniz blokadası elan edib

Husilər Səudiyyə Ərəbistanına dəniz blokadası elan edib

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatı olan husilər Səudiyyə Ərəbistanına dəniz blokadası elan edib. Hərəkatın hərbi nümayəndəsi Yəhya Sari bildirib ki, bəyanatın açıqlanmasından etibarən “blokadaya blokada” prinsipi çərçivəsində Səudiyyə Ərəbistanı üçün dəniz gəmiçiliyi qadağan olunur.

Bəyanatda Ər-Riyadın addımlarına cavab olaraq hərəkatın “hərtərəfli eskalasiya” hüququ vurğulanıb. Yəmən silahlı qüvvələrinin hadisələrin bütün mümkün inkişaf ssenarilərinə hazır olduğu və Səudiyyə Ərəbistanı tərəfindən istənilən təxribata sərt cavab verəcəyi bildirilib. Üsyançılar tərəfdarlarını ümumi səfərbərliyi davam etdirməyə də çağırıblar.