İlham Əliyev Melonini təbrik edib
Prezident İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini İtaliya Respublikası tarixində ən uzun müddət çalışan baş nazir olması münasibətilə təbrik edib. Sosial media hesabında paylaşılan mesajda Əliyev Meloninin liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının ona göstərdiyi etimadı yüksək qiymətləndirib.
Azərbaycan Prezidenti həmçinin Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlığın möhkəmlənməsində Meloninin mühüm rolunu qeyd edib. O, iki ölkə arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlığın xalqların rifahı naminə daha da dərinləşəcəyinə və genişlənəcəyinə əminliyini ifadə edib.
Teqlər: