İran ABŞ hücumu olarsa Hörmüz boğazını bağlayacağını açıqladı

İran ABŞ hücumu olarsa Hörmüz boğazını bağlayacağını açıqladı

İran mümkün ABŞ hücumu halında Hörmüz boğazını yenidən bağlayacağını və hücumlara sərt cavab verəcəyini açıqlayıb. İranlı təhlükəsizlik mənbəsi bildirib ki, Tehranın bu qətiyyəti son günlər baş verən hadisələr fonunda daha da güclənib və yeni hərbi strategiya tətbiq olunub. Mənbə İranın Hörmüz boğazı məsələsində döyüşməyə hazır olduğunu və hədəf siyahısını yenilədiyini deyib.

İran məruz qalacağı hər bir hücuma eyni ölçüdə cavab verəcəyini vurğulayıb. Həmçinin qeyd olunub ki, Hörmüz boğazından keçidlər İranın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilməlidir. ABŞ Prezidenti Donald Trumpın İrana yönəlmiş açıqlamalarının nəticə verməyəcəyini bildirən mənbə əlavə edib ki, istənilən təhdidə güclü cavab veriləcək və İran ABŞ ilə onun regiondakı tərəfdaşları arasında fərq qoymur.