İran Hörmüz boğazını bağlamaq qərarı aldı - TƏCİLİ

İran Hörmüz boğazını bağlamaq qərarı aldı - TƏCİLİ

İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Mərkəzi Qərargahı ABŞ-ın razılaşma öhdəliklərini yerinə yetirməməsi və İsrailin Livana hücumlarını davam etdirməsi səbəbindən Hörmüz boğazını gəmi hərəkətinə bağlamaq qərarı alıb. İran dövlət televiziyasında yayımlanan açıqlamada ABŞ-ın imzalanmış razılaşmaya əməl etmədiyi, İsrailin isə atəşkəsi davamlı şəkildə pozaraq Livanın cənubundan çəkilmədiyi bildirilib. Qərargah bu addımın ABŞ-ın məsuliyyətlərini yerinə yetirməməsi halında ilk reaksiya olduğunu vurğulayıb və təcavüz davam edərsə, daha sərt tədbirlər görüləcəyini açıqlayıb.

İran və ABŞ Pakistan vasitəsilə aparılan danışıqlar prosesində 14 iyunda müharibənin dayandırılmasını və problemlərin danışıqlar yolu ilə həllini nəzərdə tutan 14 maddəlik razılaşma əldə etmişdi. Lakin son hadisələr razılaşmanın pozulduğunu ortaya qoyub.