İranda internet 24 gündür kəsilib

İranda internet 24 gündür kəsilib

İranda internetə çıxış 550 saatdan çox müddətdir demək olar ki, tamamilə dayandırılıb və bu, indiyədək qeydə alınmış ən uzun fasilələrdən biri hesab olunur.

Beynəlxalq internet monitorinq xidməti NetBlocks-un məlumatına görə, ölkədə internet blokadası artıq 24-cü gününə daxil olub və ümumilikdə 552 saatı keçib.

Qeyd olunur ki, beynəlxalq internetə çıxış geniş ictimaiyyət üçün əlçatmaz olaraq qalır. Bununla yanaşı, hakimiyyət yalnız müəyyən seçilmiş xidmətlər üçün məhdud “ağ siyahı” əsasında qlobal bağlantıya icazə verir.