İranın hava məkanı aprelin 14-dək bağlı qalacaq

İranın hava məkanı aprelin 14-dək bağlı qalacaq

İranın hava məkanının ən azı daha bir gün bağlı qalacağı bildirilir. Yaxın Şərq hava hərəkətinə nəzarət dairələrindəki mənbə TASS agentliyinə bildirib ki, ölkənin aviasiya qurumlarının qərarına əsasən uçuşlara qadağa aprelin 14-ü səhər saat 08:30 GMT-ə qədər qüvvədə olacaq.

Mənbənin sözlərinə görə, qadağaya baxmayaraq, dövlət, hərbi və tibbi təyinatlı təyyarələr, eləcə də axtarış-xilasetmə missiyaları üçün istisna tətbiq edilir. Bu cür uçuşlar yalnız mülki aviasiya qurumunun xüsusi icazəsi ilə həyata keçirilə bilər.

İranın hava məkanı ABŞ və İsrailin fevralın 28-də hərbi əməliyyata başlamasından sonra bağlanmışdı. Həmin əməliyyat zamanı Tehran da daxil olmaqla ölkənin bir sıra böyük şəhərləri hədəf alınmışdı.