İstanbulda azərbaycanlı qadın evində ölü tapılıb

İstanbulda azərbaycanlı qadın evində ölü tapılıb

İstanbulun Kağıthane rayonunda Azərbaycan vətəndaşı Latifə İbadova (57) evində ölü tapılıb. Polis daxil olan məlumat əsasında mənzilə girib və hərəkətsiz vəziyyətdə aşkarlanan İbadovanın həyatını itirdiyini müəyyən edib. Qadının bədənində döyülmə, kəsici və ya deşici alət izi aşkar olunmayıb. Lakin evdə narkotik maddə olduğu ehtimal edilən bir maddə tapılıb.

İbadova ilə eyni evdə yaşayan Ferhat adlı şəxsin, məlumat verilməsindən təxminən 15 dəqiqə əvvəl mənzildən ayrıldığı müəyyən edilib. Məhəllə sakinləri cütlüyün bir müddətdir gecə saatlarında mübahisə etdiyini iddia ediblər.

Polis Ferhatın saxlanılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir. İbadovanın dəqiq ölüm səbəbi aparılacaq otopsiyanın nəticəsindən sonra məlum olacaq. Hadisə ilə bağlı istintaq başladılıb.

Teqlər: