Kyievdə Ukrayna və ABŞ nümayəndələri ilk danışıqları yekunlaşdı
Kyiv nümayəndələri ilə səfərdə olan ABŞ danışıqlar qrupu arasında ilk danışıq raundu yekunlaşıb. ABŞ nümayəndə heyətinə prezidentin xüsusi elçisi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner daxil olub.
Ukrayna tərəfini Prezident Volodimir Zelenski, onun aparat rəhbəri Kirill Budanov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov və hakim “Xalqın xidmətçisi” partiyasının parlament fraksiyasının rəhbəri Devis Araxamiya təmsil edib. Danışıqların daha bir raundunun tezliklə başlayacağı planlaşdırılır.
Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik müşavirləri müzakirələrdə iştirak etmək üçün Kyivə gəliblər.
Teqlər: