Narışkin ABŞ MKİ direktoru ilə görüşünü təsdiqləyib

Narışkin ABŞ MKİ direktoru ilə görüşünü təsdiqləyib

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff ilə Moskvada görüşdüyünü təsdiqləyib. Narışkin qeyd edib ki, belə görüşlər xüsusi xidmət orqanlarının işində adi praktikadır və burada qeyri-adi heç nə yoxdur.

O bildirib ki, müxtəlif ölkələrin kəşfiyyat xidmətlərinin rəhbərləri ilə həm şəxsən, həm də onlayn formatda mütəmadi görüşür. Retkliff ilə görüş işçi qaydada keçirilib və burada kəşfiyyat icmasının səlahiyyətlərinə daxil olan məsələlər müzakirə olunub. Narışkin vurğulayıb ki, bu cür mövzular kifayət qədər həssas və spesifik olaraq qalır.