Nepaldakı daşqınlarda azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur

Nepaldakı daşqınlarda azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Nepal-Çin sərhədi boyunca baş verən son daşqınlarda Azərbaycan vətəndaşlarının həlak olması, yaralanması və ya itkin düşməsi barədə məlumat daxil olmayıb.

Nepalda güclü daşqınlar nəticəsində həlak olanların sayı 150-ni ötüb, 570-dən çox insanın itkin düşdüyü bildirilir. İtkin düşənlər arasında 28 ölkədən 466 xarici ölkə vətəndaşı, həmçinin 113 Nepal vətəndaşı var.

Nazirlik fəlakət nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.