Paşinyan Rusiya ilə viza rejimi haqqında açıqlama verib

Paşinyan Rusiya ilə viza rejimi haqqında açıqlama verib

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan heç vaxt Rusiya ilə viza rejimi tətbiq etmək niyyətində olmayıb və bunu planlaşdırmır. O vurğulayıb ki, Ermənistan hakimiyyətinin belə bir niyyəti yoxdur.

Paşinyan rusiyalı turistləri qəbul etməkdən məmnun olduqlarını qeyd edib. Onun sözlərinə görə, rusiyalı turistlər Ermənistanda isti qarşılanır və ölkənin turizm məkanlarının tanıdılmasında fəal rol oynayırlar.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Ermənistanın Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməsi Moskvaya qarşı addım olmayacaq, əksinə, Yerevanın özünə zərər vuracaq.