Rusiyada zavodda yanğın: 1 nəfər öldü
Rusiyada Amur Qaz-Kimya Kompleksində baş verən yanğında 1 nəfər ölüb, 87 nəfər yaralanıb.
Məlumata görə, yanğın piroliz qurğusunda başlayıb. Təcili tibbi yardım xidmətləri hadisədən zərər çəkənlərə yardım göstərib.
İlkin məlumatlara əsasən, kompleksin əsas avadanlığına ziyan dəyməyib. Səlahiyyətli qurumlar hadisə ilə bağlı araşdırmanı davam etdirir.
Teqlər: