Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük daşınıb

Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük daşınıb

Rusiyadan Ermənistana növbəti yük Azərbaycan ərazisindən tranzit olaraq daşınıb. 28 mayda iki vaqondan ibarət 126 ton karbamid və bir vaqondan ibarət 67 ton un Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

İndiyədək Rusiya tərəfindən Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28,000 tondan çox taxıl, 4,000 tondan artıq gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Bu tranzit daşımalarla yanaşı, Azərbaycan Ermənistana neft məhsulları da ixrac edir. İndiyədək Azərbaycandan Ermənistana 10,000 tondan çox dizel, 979 ton AI-92 markalı benzin və 2,955 ton AI-95 markalı benzin ixrac olunub.