Şamda Makronun qaldığı otel yaxınlığında partlayışlar olub

Şamda Makronun qaldığı otel yaxınlığında partlayışlar olub

Fransa Prezidenti Emmanuel Makronun rəsmi təmaslarda olduğu Suriyanın paytaxtı Şamda partlayış səsləri eşidilib. Təhlükəsizlik mənbələri Makronun qaldığı otelin yaxınlığında bir sıra partlayıcı qurğunun işə düşdüyünü bildirib. Hadisənin səbəbi hələlik dəqiqləşməyib.

Şahidlər şəhərdə güclü partlayışların baş verdiyini bildiriblər. Partlayışların hədəfi, mümkün insan itkisi və ya yaralananlar barədə rəsmi açıqlama verilməyib.