SEPAH ABŞ bazalarına raket zərbələri endirdiyini açıqladı
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyn, Küveyt və İordaniyadakı ABŞ hərbi obyektlərinə raket zərbələri endirdiyini açıqlayıb. Zərbələrin Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bazasını hədəfə aldığı bildirilib. Nəzarət mərkəzi, ehtiyat hissələri, hərbi avadanlıq anbarları və yanacaq çənlərinin vurulduğu qeyd olunub. Küveytin Mina Abdullah bölgəsində logistika və təchizat mərkəzinin məhv edildiyi bildirilir. İordaniyada isə hücumların ikinci dalğası Əl-Əzraq aviabazasına endirilib. Hücum zamanı F-18 qırıcıları və iri hərbi avadanlıq anqarları hədəfə alınıb.
SEPAH bəyan edib ki, ABŞ-ın İrana qarşı “düşmənçilik hərəkətləri” adlandırdığı addımlar dayandırılana qədər Hörmüz boğazı bağlı qalacaq. İnqilab Keşikçiləri həmçinin ABŞ bazalarına raket zərbələrinin “qəti qələbə” əldə olunana qədər davam edəcəyini bildirib.