Tramp: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında minaları təmizləyib
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazındakı bütün minaların ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən təmizləndiyini açıqlayıb. O bildirib ki, ABŞ bu məsələ ilə bağlı İrana qarşı “sıfır tolerantlıq” nümayiş etdirəcək.
Tramp sosial media paylaşımında deyib: “Mənə indicə məlumat verilib ki, Hörmüz boğazının beynəlxalq sularındakı bütün minalar ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən çıxarılıb və ya məhv edilib”. O, İrana yeni mina yerləşdirən gəmi və ya qayıqlardan istifadə etməmək barədə xəbərdarlıq edib. Tramp qeyd edib ki, belə vasitələr dərhal məhv ediləcək.
Tramp həmçinin ABŞ Kosmik Qüvvələrinin bütün Hörmüz boğazını izlədiyini bildirib. O, mina yerləşdirilməsi ilə bağlı sıfır tolerantlıq siyasətinin tam qüvvədə olduğunu bir daha vurğulayıb.
Teqlər: