Tramp: İran böyük güzəştlərə gedir

Tramp: İran böyük güzəştlərə gedir

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların müsbət irəlilədiyini bildirərək, “İran böyük güzəştlərə gedir” deyib. Tramp respublikaçı Konqres üzvləri ilə görüşmək üçün getdiyi Konqres binasına daxil olarkən mətbuata qısa açıqlama verib.

Tramp İranla danışıqların yaxşı getdiyini ifadə edərək, “Hazırda yaxşı irəliləyirik” qiymətləndirməsini edib. Respublikaçı Konqres üzvləri ilə naharda bir araya gələcək Trampın daha sonra İran gündəminə dair yeni açıqlamalar verməsi gözlənilir.

Daha əvvəl Fox News kanalına açıqlama verən Tramp Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri zənginləşdirilmiş uranı müəyyən etmək üçün İrana daxil olarsa, ABŞ müfəttişlərinin də bu qrupu müşayiət edəcəyini bildirmişdi.