Tramp İrana dəfn mərasiminə görə bir həftə möhlət verdi

Tramp İrana dəfn mərasiminə görə bir həftə möhlət verdi

ABŞ Prezidenti Donald Tramp İranın razılaşma əldə etməyi çox istədiyini bildirib. O, keçmiş lider Əli Xamenei üçün təşkil olunan dövlət mərasimi səbəbindən Tehran administrasiyasına bir həftə möhlət verdiklərini açıqlayıb.

Tramp ABŞ müstəqilliyinin 250-ci ildönümü münasibətilə Cənubi Dakotada keçirilən tədbirdə çıxışı zamanı İranı “yerlə-yeksan etdiklərini” təkrarlayıb. O, Tehran administrasiyasının uzlaşmaya istəkli olduğunu iddia edib.

“İrana dəfn mərasimi səbəbindən bir həftə möhlət verdik”, - deyə Tramp bildirib.