Trumpdan İranı yenidən təhdid edib.

Trumpdan İranı yenidən təhdid edib.

ABŞ Prezidenti Donald Trump Tehranın müqavimətini aşağı qiymətləndirmədiyini, lakin istəsələr, İranın infrastrukturunu “iki günə məhv edə biləcəklərini” iddia edib.

Çin səfərinin əks-sədası davam edən ABŞ Prezidenti Trump Fox News kanalına müsahibəsində İran gündəmini dəyərləndirib.

İranın bütün infrastrukturuna zərər vermədiyini deyən Trump “Hər şeyi iki günə məhv edə bilərik”, - söyləyib.

ABŞ Prezidenti İranla diplomatiyada təkrarlanan problemlərə istinad edərək, “Tehranın danışıqlarda etibarsız və proqnozlaşdırılmaz” olduğunu iddia edib.

Trump “Bizə istədiyimiz hər şeyi verəcəkdilər, amma hər dəfə razılaşma əldə etdiklərində, ertəsi gün sanki o söhbəti heç etməmişik kimi davranırlar. Bu, yəqin ki, beş dəfə baş verib. Onlarda bir problem var”, - deyib.

Trump həmçinin mümkün həllin hərbi və ya diplomatik ola biləcəyini, bunun isə İranın mövqeyindən asılı olacağını qeyd edib. “Ya şiddətli olacaq, ya da şiddət ehtiva etməyəcək, mən şiddət ehtiva etməyən variantı üstün tuturam”, - deyə o bildirib.

3 noyabrda ABŞ-da keçiriləcək Konqres seçkiləri ilə bağlı sualı da cavablandıran Trump “Seçkilərin İran məsələsində nə olacağına qərar verməsinə imkan verməyəcəyəm”, - deyərək Tehranın nüvə silahına sahib ola bilməyəcəyi barədə mövqeyini təkrarlayıb.