Türkiyədə gəmi qəzasını çəkən operatora hücum edilib

Türkiyədə gəmi qəzasını çəkən operatora hücum edilib

Türkiyədə Silivri sahilləri yaxınlığında baş verən gəmi toqquşmasını işıqlandıran 24 TV kanalının operatoru Fatih Coşkun hadisəni çəkərkən hücuma məruz qalıb. Hücum anı videoya düşüb. Hücum edənlərin qəza sonrası taleyi hələ də naməlum qalan Tuğberk İmamoğlu gəmisinin 10 ekipaj üzvünün yaxınları olduğu ehtimal edilir.

Toqquşma Mərmərə dənizində, Silivri yaxınlığında Türkiyə bayrağı altında üzən iki yük gəmisi, ALSU və Tuğberk İmamoğlu arasında baş verib. Toqquşmadan sonra Tuğberk İmamoğlu gəmisi ilə əlaqə kəsilib. İtkin düşən ekipaj üzvlərinin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam edir.