Vasitəçilər İrana və ABŞ-a 10 günlük atəşkəs təklif edib

Vasitəçilər İrana və ABŞ-a 10 günlük atəşkəs təklif edib

Vasitəçilər İrana və ABŞ-a müvəqqəti sazişin bərpası variantlarını müzakirə etmək üçün 10 günlük atəşkəs tətbiq etməyi təklif edib.

İrandan daxil olan məlumata görə, vasitəçilər ABŞ-la münaqişənin deeskalasiyasına dair təklifi Tehrana çatdırıb. Təklif 10 gün müddətinə atəşkəsin təmin edilməsini nəzərdə tutur.

Tehran bu cür təkliflərin alındığını təsdiqləyib.