Yaşıl enerji dəhlizi üçün Yol xəritəsi hazırlanacaq

Yaşıl enerji dəhlizi üçün Yol xəritəsi hazırlanacaq

Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan yaşıl enerji dəhlizi layihəsinin icrasını sürətləndirmək üçün Yol xəritəsinin hazırlanmasına dair razılıq əldə olunub. Qərar layihə üzrə İstanbulda keçirilən üçüncü nazirlər toplantısında qəbul edilib.

Yol xəritəsi layihənin inkişafını sürətləndirməyə yönəlmiş tədbirləri əhatə edəcək. Bu tədbirlər iştirakçı ölkələr arasında yaşıl enerji bağlantıları vasitəsilə enerji tərəfdaşlığını gücləndirməlidir.

Təşəbbüs regional əməkdaşlığın təşviqini və dayanıqlı enerji mənbələrinə keçidin dəstəklənməsini hədəfləyir.