Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistandan Azərbaycana ilk ixracın həyata keçirildiyini açıqlayıb. Lakin o, bununla bağlı konkret detallar təqdim etməyib.
Paşinyan bildirib ki, ixracda iştirak edən şirkətlər məsələ ilə bağlı rəsmi açıqlamalar verəcəklər.
Avqustun sonunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumatların tezliklə açıqlanacağını bildirmişdi.
Bu proses iki ölkə arasında ticarət münasibətlərində mühüm addım kimi qiymətləndirilir.
Teqlər: