İlham Əliyev Naxçıvan üçün 258 milyon manat ayırdı

İlham Əliyev Naxçıvan üçün 258 milyon manat ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını sürətləndirmək üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sənədə əsasən, 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsi, həmçinin Naxçıvanda abadlıq və tikinti layihələri üçün Azərbaycanın dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən 258 milyon manat ayrılacaq.