Kanadan;n yeni pullarında Çarzlın şəkli olacaq

Kanadan;n yeni pullarında Çarzlın şəkli olacaq

Kanada Mərkəzi Bankı Kral 3-cü Çarlzın portretinin yer aldığı yeni 20 dollarlıq banknotu təqdim edib. Bu, 70 il sonra Kanadada banknot üzərində fərqli bir hökmdarın portretinin istifadə olunması deməkdir. Yeni dizayn hazırda banknotlarda yer alan Kraliça 2-ci Elizabetin portretini əvəz edəcək.

Şaquli dizayna malik banknotun ön tərəfində Kral 3-cü Çarlzın portreti yerləşir. Onun ətrafında Kanadanın 13 əyalət və bölgəsini təmsil edən bitki fiqurları var. Arxa tərəfdə isə Kanadanın hərbi tarixinə istinad edən Vimi Milli Memorialının təsviri yer alacaq.

Banknotun 2027-ci ilin fevral ayının sonlarına doğru mərhələli şəkildə dövriyyəyə buraxılması planlaşdırılır. Kanada Mərkəzi Bankının sədri Tiff Macklem yeni banknotun təhlükəsizlik xüsusiyyətlərinin artırıldığını bildirib. Banknotda hərəkət etdirildikdə fırlanan və formasını dəyişən bənövşəyi rəngli təhlükəsizlik zolağı var. Macklem bu dizaynın həm vizual baxımdan cəlbedici olduğunu, həm də saxtakarlığa qarşı əvvəlki dizaynlardan daha təhlükəsiz sayıldığını deyib. Həmçinin qeyd olunub ki, inkişaf etdirilmiş təhlükəsizlik xüsusiyyətləri sayəsində vətəndaşlar banknotun həqiqiliyini daha asan yoxlaya biləcəklər.