Bitcoin 75 000 dolları keçib
Bitcoin 2026-cı ilin aprelin 16-da 75 000 ABŞ dolları səviyyəsindən yuxarı qalxaraq son həftələrdə formalaşan dar ticarət diapazonunun yuxarı sərhədinə yaxınlaşıb.
Kriptovalyuta bazarında son artım əsasən qlobal risk iştahının bərpası və geosiyasi gərginliyin nisbətən səngiməsi fonunda baş verib. ABŞ və İran arasında mümkün danışıqlara dair optimist gözləntilər investorların riskli aktivlərə yenidən marağını artırıb.
Bitcoin son həftələrdə təxminən 62 000-75 000 dollar aralığında konsolidasiya mərhələsində olub. Bu dövr bazarda alıcı və satıcıların növbəti istiqaməti müəyyən etməyə çalışdığı “yan istiqamətli hərəkət” kimi qiymətləndirilir.
Qiymətin 76 000 dollar üzərində möhkəmlənməsi texniki baxımdan konsolidasiya mərhələsindən çıxış və yeni yüksəliş trendinin başlanğıcı kimi qiymətləndirilə bilər. Növbəti müqavimət zonası isə 77 000 dollar səviyyəsində göstərilir.
Bununla belə bazarın ümumi istiqaməti hələ də makroiqtisadi və geosiyasi risklərdən asılıdır. Gərginliyin yenidən artması halında Bitcoin-in yenidən 62 000-75 000 dollar diapazonuna geri dönməsi ehtimalı qalır.
Teqlər: