Bu türk Google DeepMind-da baş vitse-prezident oldu

Bu türk Google DeepMind-da baş vitse-prezident oldu

İstinad edilən indekslər:

Google DeepMind-da yüksək səviyyəli rəhbərlik dəyişikliyi yaşanıb. Türkiyəli alim Koray Kavukçuoğlu şirkətin texnologiya direktoru vəzifəsindən baş vitse-prezident vəzifəsinə yüksəldilib. Yeni vəzifəsində Kavukçuoğlu Sİ modeli inkişafı proseslərinə, qabaqcıl araşdırmalara, Gemini tətbiqinə və tərtibatçı komandalarına rəhbərlik edəcək.

DeepMind-in qurucularından Demis Hassabis isə İdarə Heyətinin sədri və Alphabet-in baş alimi vəzifəsinə təyin olunub. Hassabis səhiyyə və dərman dizaynı sahəsində fəaliyyət göstərən Isomorphic Labs-ə rəhbərlik etməyə davam edəcək. Hassabis ümumi Sİ (AGI) və elmi kəşflərə fokuslanacaq.

Alphabet-in baş icraçı direktoru Sundar Pichai Kavukçuoğlunun Sİ sahəsindəki təcrübəsinə diqqət çəkərək deyib: “Koray 13 ildir DeepMind-dadır, dərin öyrənmə komandamızı qurub və WaveNet ilə DQN kimi mühüm irəliləyişlərə rəhbərlik edib. DeepMind şirkəti etibarlı əllərdədir”. Bu dəyişikliklə Google Gemini modellərinin inkişafını və gündəlik Sİ inteqrasiyalarını Kavukçuoğlunun idarəçiliyinə həvalə edir, Hassabisin rəhbərliyi ilə isə uzunmüddətli vizion layihələrinə fokuslanmağı hədəfləyir.