Malta ChatGPT Plus-ı pulsuz edir
Malta bütün vətəndaşlarına OpenAI-ın premium Sİ xidməti olan ChatGPT Plus-a pulsuz giriş təklif edən ilk ölkə olub. Malta İqtisadiyyat Nazirliyi ilə OpenAI arasında əldə olunan razılaşmaya əsasən, Avropa İttifaqının rəqəmsal identifikasiyasına malik hər bir Malta vətəndaşı bu aydan etibarən ChatGPT Plus-dan bir il ərzində pulsuz istifadə edə biləcək. Maltanın əhalisi hazırda təxminən 574,250 nəfərdir.
Bu təşəbbüs Malta vətəndaşlarının qlobal texnoloji dəyişikliklərlə ayaqlaşmasını təmin etməyi hədəfləyir. Paralel olaraq, Malta Rəqəmsal İnnovasiyalar İdarəsi Malta Universiteti ilə əməkdaşlıq çərçivəsində pulsuz Sİ kursu başladıb. Bu kursun tamamlanması pulsuz ChatGPT Plus abunəliyinin əldə edilməsi üçün ilkin şərtdir. Kurslar başa çatdıqdan sonra uyğun vətəndaşlara xidmətə giriş imkanı veriləcək.
Bu addım qabaqcıl Sİ alətlərinin milli səviyyədə geniş əlçatan edilməsi istiqamətində ilkin təşəbbüs hesab olunur.
Teqlər: