Samsung-da 47 mindən çox işçi tətilə çıxır

Samsung-da 47 mindən çox işçi tətilə çıxır

Samsung Electronics-də maaş danışıqlarının dalana dirənməsindən sonra 47 mindən çox işçi tətil qərarı qəbul edib. Tətilin 21 may 2026-cı il cümə axşamı başlayacağı açıqlanıb. Bu hadisədən sonra Samsung səhmləri 3 faiz dəyər itirib.

Həmkarlar ittifaqı Cənubi Koreya Milli Əmək Münasibətləri Komissiyasının təqdim etdiyi vasitəçilik təklifini qəbul etdiyini açıqlayıb. Samsung Electronics-in isə bu təklifi rədd etdiyi bildirilib. Həmkarlar ittifaqının sözçüsü Choi Seung-ho şirkətin danışıqlar üçün əlavə vaxt istədiyini, lakin sonradan dəqiq qərar qəbul edilmədiyini bildirib.