Yandex Vibecraft-kod yazmadan sayt qurmaq xidmətini hazırlayır
Yandex kodlaşdırma biliyi tələb etmədən veb-sayt və rəqəmsal məhsul hazırlamağa imkan verəcək Sİ dəstəkli yeni xidməti Vibecraft üzərində işləyir. Platforma istifadəçilərə yalnız mətn təsvirləri vasitəsilə avtomatik şəkildə veb əsaslı layihələr yaratmaq imkanı verəcək.
Vibecraft ilə veb-saytlar, CRM sistemləri, izləmə və hesabat alətləri, sorğu platformaları, onlayn oyunlar və müxtəlif veb tətbiqlər hazırlamaq mümkün olacaq. Sistem hazır şablonlarla məhdudlaşmadan, istifadəçinin ehtiyacına uyğun xüsusi məhsullar yaratmağı hədəfləyir.
Platformanın iyun ayında istifadəyə verilməsi gözlənilir. Yandex-ə görə, Vibecraft veb-sayt hazırlama xərclərini əhəmiyyətli dərəcədə azaldaraq, saatlar ərzində rəqəmsal məhsullar ortaya çıxara biləcək. Xidmət abunəlik əsaslı olacaq və müəyyən istifadə limitinədək pulsuz giriş imkanı təqdim edəcək.
Yandex Vibecraft brendi üçün patent müraciətini aprel ayında edib. Şirkətin Rusiyanın ən böyük axtarış mühərriklərindən və reklam ekosistemlərindən birinə sahib olması Vibecraft-ın rəqibləri qarşısında mühüm üstünlüklərindən biri kimi qiymətləndirilir.
Teqlər: