Augsburq vağzalı yaxınlığında partlayışda 2 nəfər yaralanıb

Augsburq vağzalı yaxınlığında partlayışda 2 nəfər yaralanıb

Almaniyanın cənubundakı Augsburq şəhərində əsas dəmir yolu vağzalı yaxınlığında çərşənbə günü baş verən partlayış nəticəsində 2 nəfər yaralanıb.

Partlayış bir binanın keçidində baş verib. Hadisə zamanı 17 və 18 yaşlı 2 nəfər yüngül xəsarət alıb.

Partlayışdan sonra səlahiyyətlilər vağzalda şübhəli əşya aşkarlayıb. Bu səbəbdən vağzal müvəqqəti bağlanıb və qatarların hərəkəti dayandırılıb.

Daha sonra həmin əşyanın təhlükəsiz olduğu müəyyənləşdirilib və vağzal yenidən açılıb.

Bavariya əyalət polisi hadisə ilə bağlı araşdırmanı davam etdirir.

Teqlər: