Əli Əsədov Tacikistan rəsmisi ilə görüşüb
20 may tarixində Azərbaycanın Baş naziri Əli Əsədov Tacikistan Baş nazirinin müavini Usmonali Usmonzoda ilə görüşüb. Görüş zamanı Azərbaycan və Tacikistan arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb. Bu prosesdə dövlət liderlərinin siyasi iradəsinin mühüm rol oynadığı qeyd edilib.
Müzakirələrin əsas mövzusu ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və nəqliyyat, tranzit, enerji sahələrində birgə fəaliyyətin gücləndirilməsi olub. Humanitar əlaqələrin inkişafı da diqqətdə saxlanılıb. Növbəti gün Bakıda keçirilməsi planlaşdırılan Hökumətlərarası Komissiyanın 8-ci iclasının əhəmiyyəti də vurğulanıb.
Teqlər: